Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş Elçin Quliyevin ailəsini Bərdə rayonunda ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən E.Quliyev 44 günlük Vətən müharibəsində iştirakına görə “Suqovuşanın azad olunmasına görə” , “Cəsur döyüşçü” və “Vətən uğrunda ” medalları ilə təltif olunub.
Ailə ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.