Paytaxt məktəbliləri arasında əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə növbəti tədbir Bakı şəhəri 86 nömrəli tam orta məktəbdə keçirilib.
Tədbirdə 72 şagird iştirak edib. İştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Eyni zamanda yeni qəbul olunmuş standartlar və “Vision Zero” (“Sıfır Gözlənti”) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələləri diqqətə çatdırılıb.
Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.