Yanvar-may ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 18 054 müraciət müvafiq qaydada cavablandırılıb. Onlardan 8 303-ü ərizə, 9 751-ü isə sorğu və məktubdur.
Bundan əlavə, Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 5 068 nəfər olub.
Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub.
Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.