2025-ci ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 16 629 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.
Bununla yanaşı, Xidmət tərəfindən 15 887 sorğu və məktuba baxılıb. Həmçinin Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 11 974 vətəndaş fərdi qaydada qəbul edilib.
Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub. Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.