✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
03.07.26

DƏMX-də “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri ilə əmək münasibətlərinə dair görüş keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə ticarət şəbəkələri sektorunda fəaliyyət göstərən şirkətlərdə əmək qanunvericiliyinin tətbiqi, əmək münasibətlərinin tənzimlənməsi, inzibati məsuliyyət məsələləri, eləcə də işəgötürənlərin qarşılaşdıqları hüquqi çətinliklər müzakirə olunub.

Tərəflər əmək qanunvericiliyinin tələblərinin düzgün tətbiqi, hüquq pozuntularının qarşısının alınması, işəgötürənlərin maarifləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Həmçinin görüş zamanı Xidmətin “DOST Müfəttiş” layihəsi barədə məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində müəssisələrdə əmək qanunvericiliyinə uyğunluğun qiymətləndirilməsi, əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, insan resurslarının idarə olunması proseslərinin düzgün təşkili və mümkün risklərin əvvəlcədən müəyyənləşdirilməsi istiqamətində dəstək göstərilir.

Eyni zamanda Xidmətin mühüm təşəbbüslərindən biri olan “Nümunəvi müəssisə” layihəsi barədə də danışılıb. Qeyd olunub ki, layihə çərçivəsində seçilmiş müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması, əldə olunmuş uğurlu təcrübənin digər müəssisələr tərəfindən öyrənilməsi və tətbiqinin təşviqi nəzərdə tutulur.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti