Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları üçün əməyin mühafizəsi sahəsində yeni qəbul edilmiş standartlara dair onlayn təlim təşkil olunub.
“Termal mühitin erqonomikası – termal iş şəraitində stress və narahatlığın qarşısının alınması üçün risklərin qiymətləndirilməsi strategiyası” mövzusuna həsr olunmuş təlimin məqsədi əməyin mühafizəsi sahəsində qəbul edilmiş yeni standartlarla bağlı əməkdaşların məlumatlılıq səviyyəsini artırmaq olub.
Təlim çərçivəsində iştirakçılara termal iş şəraitində yaranan risklərin qiymətləndirilməsi, iş mühitində istilik stressinin və narahatlığın qarşısının alınması üsulları barədə ətraflı məlumat verilib.
Təlim interaktiv formatda təşkil olunub, iştirakçılar mövzu ilə bağlı suallarını ünvanlayaraq fikir mübadiləsi aparıblar.