“DOST to DOST” (D2D) layihəsinin “Əmək hüquqları” adlı növbəti təlim proqramı da yekunlaşıb.
Proqram çərçivəsində könüllülərə əmək qanunvericiliyinə dair 5 mövzu üzrə interaktiv təlimlər keçirilib.Layihə üzrə keçirilən son təlimlər "İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta" və "Qeyri-formal məşğulluğun qarşısının alınması" mövzularında təşkil olunub. İnteraktiv formada təşkil edilən təlimlərdə mövzular könüllülərə təqdimatlar vasitəsilə izah olunub.
Təlimlərin yekununu olaraq seminarları uğurla başa vuran DOST könüllüləri üçün əməyin mühafizəsi və təhlükəsizliyinin təmini sahəsində nümunəvi müəssisələrdən birinə info-turun təşkili nəzərdə tutulur.
Qeyd edək ki, “Əmək hüquqları” adlı təlim proqramı Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) ilə “Könüllü DOST” proqramının təşkilatçılığı ilə həyata keçirilir. “DOST to DOST” layihəsinin həyata keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına dəstək olmaq, həmçinin onların asudə vaxtlarının səmərəli təşkil olunmasını təmin etməkdir.