✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
02.10.26

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıb

×

             Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

              Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin müavini Nərmin Mirzəyeva, Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov, DOST Agentliyinin əməkdaşları, eləcə də dövlət və özəl sektoru təmsil edən müəssisələrin nümayəndələri iştirak ediblər.

              Çıxış edən Xidmətin rəis müavini Nərmin Mirzəyeva “DOST Müfəttiş” layihəsinin işəgötürənlərlə əmək qanunvericiliyinin tələbləri, əməyin mühafizəsi və insan resurslarının idarə olunması istiqamətlərində səmərəli əməkdaşlığın qurulmasına töhfə verdiyini bildirib.

              N.Mirzəyeva layihənin əhəmiyyətinə toxunaraq işəgötürənlərin əmək qanunvericiliyinə əməl olunması və əməyin mühafizəsi sahəsində mövcud yanaşmalarının təkmilləşdirilməsinə, qabaqlayıcı tədbirlərin təşviqinə və özünü-qiymətləndirmə ənənəsinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib.

              Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov layihə çərçivəsində keçirilən təlimlərdə əmək münasibətlərinin qiymətləndirilməsi, əməyin mühafizəsi standartlarının tətbiqi, müasir insan resurslarının idarə olunması yanaşmaları və ƏMAS sistemindən istifadə ilə bağlı iştirakçılara məlumat verildiyini diqqətə çatdırıb.

              Görüş zamanı layihənin nəticələri və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

              Sonda təlimləri uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.

              Qeyd edək ki, “DOST Müfəttiş” layihəsi könüllü və ödənişsiz əsaslarla həyata keçirilir. Layihə çərçivəsində indiyədək 35-dən çox müəssisədə qiymətləndirmə aparılıb və 8 600 işçi əhatə olunub.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti