✕
| "142" Çağrı mərkəzi
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
26.11.26

“DOST to DOST” layihəsi üzrə könüllülər üçün təcrübə əsaslı təlim proqramı yekunlaşıb

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyindəki DOST Agentliyinin birgə icra etdiyi “DOST to DOST” layihəsi çərçivəsində DOST könüllüləri üçün əməyin mühafizəsi üzrə təşkil edilən təcrübə əsaslı təlim proqramının yekun tədbiri keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən birinin layiqli əməyin təminatı olduğunu vurğulayıb. O, ölkəmizdə beynəlxalq əmək standartlarının tətbiqinə xüsusi diqqət yetirildiyini deyib. Nazir müavini cari ildə ölkəmizin Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasını da ratifikasiya etməsinin bu istiqamətdə növbəti mühüm addım olduğunu qeyd edib. “DOST to DOST” layihəsinin əmək münasibətləri, əməyin mühafizəsi sahəsində gənclərin bilik və bacarıqlarının inkişafına mühüm töhfə verdiyini bildirib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Xidmətin fəaliyyətində preventiv tədbirlərə və maarifləndirmə işlərinə xüsusi önəm verildiyini qeyd edib. O, “DOST to DOST” layihəsi üzrə bu il bütün bölgələri əhatə edən 436 maarifləndirici görüş və təlimdə 5579 işəgötürənin iştirak etdiyini deyib. “Vision Zero” (Sıfır Qəza) yanaşmasının və gənclərin erkən yaşlardan təhlükəsiz əmək vərdişlərinə yiyələnməsinin əhəmiyyətini vurğulayıb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “Könüllü DOST” proqramının gənclərin şəxsi və peşəkar inkişafında mühüm rolunu diqqətə çatdırıb. Cari ildə 21 könüllünün iştirakı ilə “DOST to DOST” layihəsi əsasında təşkil olunan təlim proqramının gənclərin əmək hüquqları, əməyin mühafizəsi barədə biliklərinin artırılmasına imkan yaratdığını qeyd edib. İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Katibliyinin baş direktoru Azər Bayramov əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin və təcrübə mübadilələrinin aparılmasının önəmini vurğulayıb. O, təhlükəsiz və sağlam əmək şəraitinin təşkili ilə bağlı gənclərdə praktik biliklərin formalaşdırılmasının vacibliyini qeyd edib.

Könüllülər təlimlər zamanı əldə etdikləri biliklər əsasında istehsalat qəzalarının motivləri üzrə hazırladıqları səhnəcikləri təqdim ediblər. Münsiflər heyəti tərəfindən komandaların təqdimatları qiymətləndirilib və qalib komandalar müəyyən edilib.

Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən inklüziv konsert proqramı təqdim edilib. Daha sonra çıxış edən könüllü gənc layihədə iştirakı müddətində qazandığı bilik və təcrübələrə dair təəssüratlarını bölüşüb. Proqramı uğurla başa vuran könüllülərə sertifikatlar, təlimçilərə və layihənin icrasına dəstək göstərən tərəfdaşlara təşəkkürnamələr təqdim olunub.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: "142" Çağrı mərkəzi - Çağrı mərkəzi

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti