✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
18.09.26

DOST to DOST” layihəsinin DOST könüllüləri üçün nəzərdə tutulan təlim proqramının birinci mərhələsi başa çatıb.

×
             Birinci mərhələ üzrə sonuncu təlim “Vision Zero” – “Sıfır qəza” yanaşması və təhlükəsiz gələcəyin qurulması mövzusunda keçirilib. Təlim zamanı iştirakçılara “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib. İstehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasında qabaqlayıcı tədbirlərin görülməsinin, risklərin vaxtında müəyyənləşdirilməsi və düzgün idarə olunmasının əhəmiyyəti vurğulanıb. Həmçinin təhlükəsiz əmək mühitinin formalaşdırılmasında rəhbərliyin məsuliyyəti, işçilərin fəal iştirakı və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinin rolu diqqətə çatdırılıb.
 
            Xatırladaq ki, proqram çərçivəsində könüllülər üçün daha əvvəl “Rəqəmsal texnologiyalar və süni intellektin əməyin mühafizəsində rolu” və “Uşaqların əmək hüquqları və təhlükəsiz əmək mühiti” mövzularında təlimlər keçirilib. Hər bir mövzu üzrə təlim nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub.
           
           Təlimlərin praktiki hissəsində real hadisələr və müxtəlif iş şəraitləri əsasında fikir mübadiləsi aparılıb. İnteraktiv qərar oyunları vasitəsilə iştirakçıların əldə etdikləri bilikləri praktiki situasiyalarda tətbiq etmək, riskləri müəyyənləşdirmək və düzgün qərar qəbul etmək bacarıqları möhkəmləndirilib.
           
           Qeyd edək ki, təlimlərin əsas məqsədi gənclərdə real iş mühitinə uyğun davranış modelinin formalaşdırılması, əmək fəaliyyəti zamanı yarana biləcək risklərin müəyyən edilməsi və qiymətləndirilməsi, real situasiyalarda düzgün qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, habelə əməyin mühafizəsi mədəniyyətinin gücləndirilməsidir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti