✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
03.07.26

Dövlət Əmək Müfəttişliyi Xidməti bir qrup işəgötürən üçün Laçındakı iki müəssisəyə infotur təşkil edib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən bir qrup işəgötürən üçün Laçın rayonundakı "Zerti Aqro-Sənaye Parkı"nda yerləşən Heyvandarlıq Seleksiya Mərkəzinə və "LATIFA" Laçın tikiş fabrikinə infotur təşkil edib.

İnfotur hər iki müəssisədə sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün görülmüş işlər barədə iştirakçıların əyani tanış olmaları, işğaldan azad edilmiş ərazilərdəki iş yerlərində əməyin mühafizəsi qaydalarının tətbiqi və bu sahədə tətbiq olunan qabaqcıl təcrübə ilə bağlı maarifləndirmə məqsədi daşıyıb.

Qeyd edilən müəssisələrdə əməyin mühafizəsinin idarə olunması sistemi, iş yerlərində risklərin qiymətləndirilməsi, fərdi mühafizə vasitələrinin tətbiqi, yeni dövlət standartlarının icrası və s. barədə infotur iştirakçılarına ətraflı məlumat verilib.

Bildirilib ki, Xidmət işğaldan azad olunmuş ərazilərdə əməyin mühafizəsi və əmək hüquqlarına dair ardıcıl maarifləndirmə tədbirləri həyata keçirir. Bu tədbirlərdə əmək  müqavilələrinin qanunvericiliyə uyğun bağlanması, sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə yeni dövlət standartlarının tətbiqi, eləcə də mina təhlükəsizliyi qaydaları ilə bağlı ətraflı məlumatlar verilir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti