Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları" mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Görüşdə 100-ə yaxın müəssisədən nümayəndə iştirak edib.
Xidmətin Şirvan-Salyan regional şöbəsinin əməkdaşları mövzu ilə bağlı təqdimatlarla çıxış edərək Əmək Məcəlləsinin tələblərini iştirakçıların diqqətinə çatdırıblar.
Həmçinin, “Əmək müqaviləsi bildirişləri” altsisteminin (ƏMBAS) “Əmək münasibətləri və məşğulluq” altsisteminə (ƏMAS) inteqrasiyası və sistemdəki yeni funksiyalarla bağlı ətrafı məlumat verilib.
Sonda əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları ilə yanaşı ƏMAS-la bağlı suallar da cavablandırılıb.