Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Sumqayıt şəhərində “ Əlilliyi olan şəxslərin əmək hüquqları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Abşeron-Xızı regionunda yerləşən müəssisələrin işəgötürənləri iştirak edib.
Əlilliyi olan şəxslərin əmək hüquqlarının təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib. Qeyd edilib ki, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindən biridir.
Həmçinin iştirak edən dövlət orqanlarının nümayəndələri tərəfindən mövzu ətrafında çıxışlar edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.