Dövlət Əmək Müfəttişliyi Xidmətinin yeni əməkdaşlarının nəzəri və praktik biliklərinin artırılması məqsədilə yeni təlim keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə təşkil edilən təlim “Dövlət qulluğu ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin təşkili və dövlət qulluğu haqqında qanunvericilikdə yeniliklər” mövzusunda olub.
Təlim zamanı əməkdaşlara dövlət quluğunun əhəmiyyəti və qanunvericikdəki yeniliklər barədə ətraflı məlumat verilib.