Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev Vətən müharibəsində şəhid olmuş Zeynallı Rəşad Qiyas oğlunun ailəsini ziyarət edib.
Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Rəşad Zeynallı, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Ziyarət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb.
Görüşdə Prezidentin tapşırığına uyğun olaraq şəhid ailələrinə və müharibə veteranlarına göstərilən sosial dəstək tədbirləri barədə məlumat verilib. Qeyd olunub ki, şəhid ailələrinin sosial rifahı dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur.