✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
24.06.26

Dövlət Gömrük Komitəsində əməyin mühafizəsi üzrə təlim keçirilib

×

       Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün əməyin mühafizəsinə dair təlim təşkil olunub.

       Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə keçirilən və “Əməyin mühafizəsi sahəsində qanunvericilik və normativ tələblər”, eləcə də “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları” mövzularını əhatə edən təlimdə Komitənin 40-dan çox əməkdaşı iştirak edib.

       Təlim zamanı iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və insan sağlamlığı baxımından əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı işçilərin hüquq və vəzifələri, həmçinin tətbiq olunan standartlar barədə ətraflı məlumat verilib. Daha sonra tədbir müzakirə formatında davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

        Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən keçirilən bu cür maarifləndirici tədbirlər iş yerlərində əməyin mühafizəsi sahəsində məlumatlılığın artırılmasına, profilaktik tədbirlərin gücləndirilməsinə, əmək təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasına və istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasına xidmət edir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti