Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) gecə vaxtı yerinə yetirilən işlərlə bağlı əmək qanunvericiliyinin tələblərini özündə əks etdirən yeni xəbərdarlıq funksionallığı yaradılıb.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 98-ci maddəsinin tələblərinə əsasən, bəzi işçi kateqoriyalarının gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilməsi qadağan edilir və ya qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər tətbiq olunur.
Yeni funksionallıq çərçivəsində işəgötürənlər əmək müqaviləsi bağlayarkən və iş qrafiklərini tərtib edərkən ƏMAS tərəfindən müvafiq qanunvericilik tələbləri barədə xəbərdarlıq bildirişi ilə məlumatlandırılır.
Bu yenilik işəgötürənlərin əmək münasibətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməsinə, müəyyən edilmiş məhdudiyyətlərin nəzərə alınmasına və işçilərin əmək hüquqlarının qorunmasının gücləndirilməsinə xidmət edir.