✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
17.06.26

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclasında daha 5 standart müzakirə edilib

×

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK21) növbəti iclası keçirilib.

İclasda Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planına uyğun olaraq hazırlanması nəzərdə tutulan standart layihələri müzakirə edilib.

İclas zamanı “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ tərəfindən təqdim edilmiş 5 yeni standart layihəsinə baxılıb. Belə ki, standart layihələri üzrə üzvlərin rəy və təklifləri dinlənilib, layihələrin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.

Bununla yanaşı, iclas çərçivəsində AZS ISO 30414:2025 “İnsan resurslarının idarə edilməsi — İnsan kapitalına dair hesabatvermə və məlumatların açıqlanması üzrə tələblər və tövsiyələr” standartının dövri yoxlaması ilə bağlı məsələyə də baxılıb. Standartın aktuallığı, tətbiq imkanları və gələcək istifadəsi ilə bağlı üzvlər arasında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Texniki Komitənin 2026-cı il üzrə Fəaliyyət Planında ümumilikdə 60 standartın hazırlanması nəzərdə tutulur və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdirilir.

İclasda əmək sahəsində standartlaşdırma işlərinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, əməyin mühafizəsinin gücləndirilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, eləcə də insan resurslarının idarə edilməsi sahəsində müasir yanaşmaların tətbiqi ilə bağlı məsələlər də müzakirə olunub.

Sonda standartlaşdırma sahəsində fəaliyyətin davamlı olaraq təkmilləşdirilməsinin, əmək təhlükəsizliyi və işçi hüquqlarının qorunmasına xidmət edən müasir standartların hazırlanmasının əhəmiyyəti vurğulanıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti