✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
26.10.23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Caspian Energy Club-ın birgə təşkilatçılığı ilə B2G Forumu təşkil edilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Caspian Energy Club-ın birgə təşkilatçılığı ilə B2G (Biznesdən Dövlətə) forumu keçirilib. 

Forum Caspian Energy Club tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.

Dövlət və özəl şirkətlərin 120-dən çox nümayəndəsinin qatıldığı forumda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli  fəxri qonaq qismində iştirak edib.

Mustafa Abbasbəyli iştirakçılara qurumun fəaliyyəti, görülən işlər barədə məlumat verib. Sədr əmək bazarının təhlili, gənclərin gələcəyin əmək bazarına düzgün hazırlanması və dayanıqlı məşğulluqlarının təmini istiqamətində Agentlik tərəfindən mühüm işlər görüldüyünü diqqətə çatdırıb. Məşğulluq tədbirlərinin icrasında işəgötürənlərlə əməkdaşlıq edildiyini qeyd edən M.Abbasbəyli işsiz və işaxtaran şəxslərin bilik və bacarıqlarının artırılması, işəgötrənlərin kadr ehtiyaclarının ödənilməsinin vacibliyini vurğulayıb.

Agentlik sədri “Əmək və məşğulluq” altsisteminin işəgötürənlər və iş axtaran şəxslər üçün üstünlükləri barədə məlumat verib, altsistemin əmək bazarının bütün iştirakçılarına ciddi dəstək mexanizmi formalaşdırdığını qeyd edib. Hazırda məzunların məşğulluq reytinqi sistemi üzərində çalışıldığını deyən M.Abbasbəyli sistemin məzunlar və təhsil müəssisələri üçün perspektivli olacağını vurğulayıb.

V.Quliyev layiqli əməyin təmini üzrə ölkəmizdə aparılan islahatlar barədə danışaraq “Əmək və məşğulluq” altsisteminin əməyin mühafizəsi və proaktiv nəzarət tədbirlərinin aparılması baxımından yaratdığı imkanlardan bəhs edib, yaxın günlərdə altsistemin bir sıra yeni funksionallıqlarının istifadəyə veriləcəyini vurğulayıb. Eyni zamanda əməyin mühafizəsi sahəsində aparılan işlərə, işğaldan azad edilmiş rayonlarda Minatəmizləmə Agentliyi ilə birgə həyata keçirilən geniş maarifləndirmə tədbirlərinə toxunaraq qeyd edib ki, Xidmətin tabeliyində yaradılmış Əməyin Mühafizəsi Mərkəzi xidmətlərin çeşidlərinin artırılmasında əhəmiyyətli rol oynayacaq. O, həmçinin cari qanunvericiliyin təkmilləşdirilməsi və işəgötürənlərə metodiki köməklik üzrə yeni layihələr, yerli və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələr haqqında da məlumat verib.

Daha sonra Mustafa Abbasbəyli və Vəli Quliyev sual-cavab sessiyasında iştirak edib və tədbirə qatılan iştirakçıların təkliflərini dinləyib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə həmçinin Mustafa Abbasbəyli və Vəli Quliyevə klubun Fəxri Üzvlük Sertifikatı təqdim olunub və hər iki dövlət qurumu ilə klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə təşəkkür edilib.

Sonda isə Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları da verilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti