✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
20.10.22

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Caspian Energy Club”un növbəti B2G Forumu keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Caspian Energy Club”un növbəti B2G Forumunda işəgötürənlərlə fəal dialoq mühitində əmək və məşğulluq sahəsində innovativ həllərin tətbiqi, əmək qanunvericiliyin təkmilləşdirilməsi sahəsində aparılan işlər diqqətə çatdırılıb.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli məşğulluq xidmətlərinin daha əlçatan və şəffaf olması, insan resursları əməliyyatlarının tam elektron müstəviyə keçidi üçün icra edilən rəqəmsal layihələr barədə məlumat verib. Bu layihələrin, habelə vahid əmək münasibətləri platforması olan, bu münasibətlər sahəsində bütün sənədləşmələrin kağız daşıyıcılardan elektron formaya keçidini təmin edən  “Əmək və məşğulluq” altsisteminin  (ƏMAS) şirkətlər üçün əhəmiyyətini vurğulayıb.

“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev əmək və məşğulluq, sosial müdafiə sahəsində islahatların “Caspian Energy Club” üzvləri üçün böyük maraq kəsb etdiyini, hazırkı görüşün bu sahədə məlumat mübadiləsi, şirkətlərin müvafiq suallarının cavablandırılması, təkliflərin müzakirəsi baxımından önəmini qeyd edib.

Nazirlik yanında  Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi  Vəli Quliyev Xidmətin bu ilin ötən dövrünə dair fəaliyyətini qeyd edib. Bildirib ki, 2022-ci ilin 9 ayı ərzində əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 80 işçi əvvəlki işlərinə bərpa edilib. Həmçinin işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan, gecikdirilmiş 550 min manata yaxın ödənişlər işçilərə ödənilib.

Xidmət rəisi ƏMAS-da olan əmək müqaviləsi bildirişlərinin sayında artım, ƏMAS üzərindən müraciətlərin qanunvericiliyin cavablandırlması işləri və s. barədə də məlumat verilib.

Nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov əmək qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, əmək qanunvericiliyinə dair normativ hüquqi aktlarda dəyişikliklərin edilməsi ilə bağlı hazırlanan layihələri diqqətə çatdırıb.

Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdir müavini,  Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupunun katibi Rəşad Zalov Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “İşçi qüvvəsi” indikatoru 2022-2023-cü illər üzrə Yol Xəritəsi ilə bağlı məlumat verib.

B2G Forumda şirkət rəhbərləri və nümayəndələrinin sualları cavablandırılıb, təkliflərə dair fikir mübadiləsi aparılıb. Biznes nümayəndələri ilə dövlət qurumları arasında dialoqun aktivləşdirilməsi məqsədilə “Caspian Energy Club” ilə Nazirlik arasında işçi qrupunun yaradılması təşəbbüsü müzakirə edilib.

2002-ci ildə yaradılan və mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirir. Məqsədi Azərbaycanda və “Caspian Energy Club"ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak edilməsidir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti