Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri” mövzusunda növbəti maarifləndirici onlayn tədbir keçirib.
Görüşdə 80-ə yaxın müəssisədən nümayəndə iştirak edib.
Quba-Xaçmaz regional şöbəsinin əməkdaşları təfindən mövzu ilə bağlı təqdimatlar olub. Müəssisə və təşkilatlarda əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri ilə bağlı əmək qanunvericiliyinin tələbləri izah olunub.
Tədbir regionun aparıcı müəssisələrinin SƏTƏM əməkdaşlarının təcrübə mübadiləsi formatında davam edib.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.