✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
24.08.26

Əməyin Mühafizəsi Mərkəzi ilə ADNSU arasında əməkdaşlıq imkanları müzakirə olunub

×

Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin nümayəndələri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri arasında görüş keçirilib.

ADNSU-da keçirilən görüşdə tərəflər arasında əməkdaşlıq imkanları və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə olunub.

Görüş zamanı laboratoriya infrastrukturunun inkişafı, ISO/IEC 17025 standartına uyğun laboratoriya sistemlərinin qurulması, ölçmə və analiz metodlarının tətbiqi, laboratoriyalararası müqayisə sınaqlarının təşkili və laboratoriya avadanlıqlarından qarşılıqlı istifadə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin birgə elmi-tədqiqat layihələrinin və nəşrlərin hazırlanması, elmi-praktiki tədbirlərin təşkili, tələbələrin istehsalat və laboratoriya təcrübələrinin keçirilməsi, Mərkəzin əməkdaşları üçün ixtisasartırma və xidməti təlimlərin təşkili imkanları nəzərdən keçirilib.

Görüşdə, eyni zamanda, beynəlxalq standartların tətbiqi, milli metod və standartların hazırlanması, eləcə də beynəlxalq qrant və fond proqramları çərçivəsində birgə layihələrin hazırlanması və təqdim edilməsi istiqamətində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti