✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
19.09.24

Əməyin Mühafizəsi Mərkəzi nümunəvi müəssisəyə infotur təşkil edib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi müəssisələrdə əməyin mühafizəsi norma və qaydaları ilə əməyin mühafizəsi sisteminin qurulmasına dair əməkdaşlıq layihələrinə başlayıb.

Bu istiqamətdə ilk layihə olaraq, Mərkəzlə “Azerfloat” QSC arasında imzalanmış əməkdaşlıq sənədi əsasında  həmin şirkətdə əməyin mühafizəsi normaları, standartları və qaydalarının tətbiqi, işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırılması və risklərin idarə olunması istiqamətində birgə işlər aparılıb.

Beləliklə, müəssisədə işçilər üçün əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə nümunəvi şəraitin yaradılması təmin edilib.

Növbəti mərhələ olaraq əməyin təhlükəsizliyi sistemi ilə bağlı əyani tanışlıq və bu sahədə praktik məlumatlar əldə etmələri üçün müəssisəyə işəgötürənlərin əməyin mühafizəsinə cavabdeh nümayəndələrinin iştirakı ilə ilk infotur təşkil olunub.

İnfotur zamanı istehsalat prosesi yaxından izlənilib. Qonaqlara proseslərin təhlükəsizliyi və bu istiqamətdə görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, bu tədbirlər ölkədə əməyin mühafizəsi üzrə maarifləndirmə işlərinin genişləndirilməsi ilə yanaşı, işəgötürənlər tərəfindən əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin qanunvericiliyə uyğun təşkil edilməsinə dəstək məqsədi daşıyır. 

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti