✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
09.07.26

Əməyin Mühafizəsi Mərkəzi tərəfindən yerli assosiasiyalar ilə birgə əməyin mühafizəsi sahəsinə dair növbəti təlim keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən əməyin mühafizəsi sahəsində növbəti maarifləndirmə təlimi keçirilib.

 

Təlim Əməyin Mühafizəsi Mərkəzi və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə baş tutub. Təlimin əsas məqsədi müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, əməyin mühafizəsi sahəsində biliklərin artırılması və qabaqlayıcı yanaşmaların təşviq edilməsidir.

 

Təlimdə MÜSAİD-ə üzv olan 15 müəssisədən ümumilikdə 5 iştirakçı iştirak edib.

 

İştirakçılara əməyin mühafizəsi üzrə mövcud qanunvericilik, təhlükəsiz iş şəraitinin yaradılması, risklərin idarə olunması mexanizmləri, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, eləcə də “Vision Zero” konsepsiyası barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu yanaşmalar iş yerlərində risklərin minimuma endirilməsinə və davamlı təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

 

Bildirilib ki, biznes assosiasiyaları ilə birgə təşkil olunan bu cür təlimlər işəgötürənlərin əməyin mühafizəsi sahəsində maarifləndirilməsinə, məsuliyyətinin artırılmasına və qabaqlayıcı tədbirlərin effektiv tətbiqinə mühüm töhfə verir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti