Naxçıvan Muxtar Respublikasında “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunda maarifləndirici təlimlər keçirilib.
Təlimlər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə keçirilib.
Maarifləndirici görüşlərdə Xidmətin və Mərkəzin əməkdaşları təqdimatlarla çıxış edərək iştirakçılara işçilərin əməyinin mühafizəsi, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı ətraflı məlumat veriblər.
Təlimlərdə həmçinin müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqi, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Maarifləndirici 2 təlimdə 30-a qədər nümayəndə iştirak edib. Görüş çərçivəsində iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.