✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
15.04.26

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan təlim proqramı başlayıb

×

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək və Sosial Təminat Təlim və Tədqiqat Mərkəzi (ÇASGEM) tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Xidmətin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları üçün əməyin mühafizəsinə dair təlim proqramına start verilib.

Təlim proqramı iki mərhələdən ibarətdir. Birinci mərhələdə ÇASGEM-in ekspertləri Burak Ayan və Hasan Ali Yaşa tərəfindən təqdimatlar keçirilib. Təlim iştirakçılarına “Təhlükəsiz və sağlam əmək şəraiti”, “Əməyin mühafizəsi üzrə əsas anlayışlar”, “Əməyin mühafizəsi üzrə Türkiyə qanunvericiliyi və tətbiq edilən standartlar”, “Fərdi mühafizə vasitələri və istifadə müddətləri”, “Yükqaldırma işləri”, “Dəzgahlarla iş”, “Əllə yükqaldırma zamanı yaranan əzələ-skelet narahatlıqları və risklər” və digər mövzular üzrə bilik və bacarıqlar aşılanıb.

Qeyd edək ki, ümumilikdə beş gün davam edəcək təlim proqramı Beynəlxalq Əmək Təşkilatının 155 və 187 nömrəli Konvensiyalarının tələbləri çərçivəsində təşkil olunur. Təlimlərin əsas məqsədi əməyin mühafizəsi sahəsində peşəkar biliklərin artırılması, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi və beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsidir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti