✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
30.06.26

Əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqi ilə bağlı birgə maarifləndirici tədbir keçirilib

×

Əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqi və təhlükəsiz əmək mühitinin təşviqi məqsədilə növbəti maarifləndirici tədbir təşkil olunub.

Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən birgə təşkil edilib.

Maarifləndirici tədbirdə əməyin mühafizəsi sahəsində qəbul edilmiş dövlət standartlarının tətbiqi, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması, peşə risklərinin idarə edilməsi, eləcə də “Vision Zero” konsepsiyasının məqsəd və əsas prinsipləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə müxtəlif müəssisələri təmsil edən 25 SƏTƏM mühəndisi iştirak edib. İştirakçılarla əməyin mühafizəsi sahəsində qabaqcıl yanaşmalar, təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi və dövlət standartlarının praktik tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Maarifləndirici tədbirin keçirilməsində məqsəd iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasına dəstək vermək, əməyin mühafizəsi sahəsində dövlət standartlarının tətbiqini təşviq etmək və işəgötürənlərlə müvafiq mütəxəssislərin bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti