Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə əməyin mühafizəsi üzrə növbəti maarifləndirmə tədbiri keçirilib.
“Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi” mövzusunda təşkil olunan təlimdə 30-a yaxın şagird iştirak edib.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılara əməyin mühafizəsi üzrə ilkin anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, həmçinin bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə məlumat verilib.
18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı”na həsr olunmuş tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.