Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən növbəti maarifləndirmə tədbiri Bakı şəhəri 20 nömrəli məktəb-liseydə təşkil olunub.
Tədbirdə ümumi təhsil müəssisəsinin 500-ə yaxın şagirdi iştirak edib. Maarifləndirmə çərçivəsində iştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, eləcə də qüvvədə olan standartlar və “Vision Zero” yanaşması barədə ətraflı məlumat verilib.
Bildirilib ki, əməyin mühafizəsi qaydalarına riayət olunması sağlamlığın qorunması, risklərin azaldılması və təhlükəsiz mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.