Əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbiri Gəncə şəhəri 37 nömrəli tam orta məktəbdə təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən tədbirdə 50 nəfər iştirak edib.
Görüş zamanı iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və fərdi sağlamlıq baxımından əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, tətbiq olunan standartlar, eləcə də “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, əməyin mühafizəsi tələblərinə riayət edilməsi xəsarət və risklərin qarşısının alınmasına, sağlamlığın qorunmasına və təhlükəsiz əmək mühitinin formalaşdırılmasına xidmət edir.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.