Əməyin mühafizəsinə dair növbəti maarifləndirmə tədbirləri Gəncə şəhəri 38 və 29 nömrəli tam orta məktəblərdə təşkil olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzi tərəfindən keçirilən tədbirlərdə 51 nəfər iştirak edib.
Görüşlər zamanı iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və fərdi sağlamlıq baxımından əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, tətbiq olunan standartlar, eləcə də “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, əməyin mühafizəsi tələblərinə riayət edilməsi xəsarət və risklərin qarşısının alınmasına, sağlamlığın qorunmasına və təhlükəsiz əmək mühitinin formalaşdırılmasına xidmət edir.
Tədbirlərin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.