Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi ilə birgə Gəncə şəhərində “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi”, "Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri", "İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta", "İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları" və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində çalışacaq mütəxəssislərin əmək qanunvericiliyində nəzərdə tutulmuş üstünlükləri" mövzularında növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Gəncə-Daşkəsəndə yerləşən müəssisələrin işəgötürənləri iştirak ediblər.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. Qeyd edilən mövzular barədə geniş məlumatlar verilib.
“Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin (Mərkəz) əməkdaşı da öz növbəsində sahə üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standart, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.