Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Göygöl Peşə Məktəbində maarifləndirmə tədbiri keçirilib.
Tədbir “Uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunub. Tədbirdə 50 nəfər iştirak edib.
Tədbirdə iştirakçılara uşaqların əmək hüquqları, bu sahədə qanunvericiliyin tələbləri, məcburi əməyin və insan alverinin qarşısının alınması, eləcə də iş yerlərində əməyin mühafizəsinin təşkili barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.