Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Vətən müharibəsi şəhidi Nuriyev Vüqarın və 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatları zamanı şəhid olmuş Əzizalıyev Seymurun ailələrini İmişlidə ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən N.Vüqar “Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyi görə" medalları, Ə.Seymur isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailələrin sosial vəziyyəti ilə maraqlanıb.
Şəhidlərin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.