Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ağdaşda işəgötürənlər üçün “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları", “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə Nazirliyin ictimai birliklərin nümayəndələri, eləcə də Xidmətin Mərkəzi Aran regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 80 nəfərə yaxın şəxs iştirak edib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi təşkil olunan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs olunub, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə məlumat veriılib və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi vurğulanıb.
Həmçinin Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri və əməyin mühafizəsi sahəsində görülən işlər barədə məlumat verilib. Müəssisələrdə əməyin mühafizəsi üzrə standart, norma və qaydaların tətbiqinə göstərilən dəstəyi vurğulanıb, və yeni qəbul edilmiş standartlarla bağlı iştirakçılar məlumatlandırılıb.
Sonda müvafiq mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.