Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İsmayıllıda “İstirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi” və “İş yerlərində əməyin mühafizəsi” mövzularına həsr olunmuş növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dağlıq Şirvan regional şöbəsinin fəaliyyət dairəsinə daxil olan rayonlarda fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlardan 100-ə yaxın şəxs iştirak edib.
Maarifləndirmə tədbiri çərçivəsində iştirakçılara istirahət vaxtı, məzuniyyət hüququ və onların təmin edilməsi, eləcə də iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı ətraflı məlumat təqdim olunub. Eyni zamanda, sağlam və təhlükəsiz əmək mühitinin formalaşdırılmasını təşviq edən “Vision Zero” konsepsiyasının əsas prinsipləri iştirakçılara izah olunub.
Tədbir zamanı mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.