✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
19.05.26

İxtisası qeyri-mühəndis olan SƏTƏM mütəxəssisləri üçün əməyin mühafizəsi üzrə təlim təşkil olunub

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ixtisası qeyri-mühəndis olan SƏTƏM (sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi) mütəxəssisləri üçün təlim keçirilib.

“Əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusuna həsr olunan təlim Əməyin Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən keçirilib. Təlimdə 8 müəssisəni təmsil edən 26 SƏTƏM mütəxəssisi iştirak edib.

Təlim zamanı iştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, iş yerlərində təhlükəsizliyin təmin olunması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, eləcə də əmək fəaliyyəti zamanı işəgötürənlərin və işçilərin hüquq və vəzifələri barədə məlumat verilib.

Həmçinin əməyin mühafizəsi tələblərinə riayət edilməsinin işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraitinin yaradılması və istehsalatda risklərin azaldılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Təlimin əsas məqsədi SƏTƏM mütəxəssislərinin əməyin mühafizəsi sahəsində bilik və bacarıqlarının artırılması, profilaktik tədbirlərin gücləndirilməsi, qanunvericilik tələbləri barədə məlumatlılığın yüksəldilməsi, eləcə də dövlət standartlarının tətbiqi və “Vision Zero” yanaşmasının prinsipləri barədə maarifləndirmənin aparılmasıdır.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti