Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) və “Könüllü DOST” proqramının təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı”çərçivəsində könüllülərə “Uşaqların əmək hüquqları” mövzusunda təlimlər keçirilib.
Təlimlərin məqsədi “Uşaqların əmək hüquqları ilə bağlı əmək qanunvericiliyin tələbləri”, “15-18 yaş arası şəxslər üçün əmək müqaviləsinin bağlanılması qaydaları”, “İş şəraitinin şərtləri, onlar üçün nəzərdə tutulan təminat və güzətlər” barədə könüllülərin məlumatlandırılması olub.
İnteraktiv formada təşkil edilən təlimdə çıxış təqdimat və video-çarxlar vasitəsilə könüllülərə təqdim olub.
Qeyd edək ki, təlimlər İnsan Hüquqları üzrə Muvəkkilin (Ombudsman) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində (2023-cü il 20 oktyabr-20 noyabr) təşkil olunub.