✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
26.05.26

Lənkəranda qadınların qeyri-formal məşğulluğunun qarşısının alınması ilə bağlı maarifləndirmə tədbiri keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Lənkəran şəhərində qadınların qeyri-formal məşğulluğunun qarşısının alınması mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Xidmətin Lənkəran-Astara regional şöbəsi tərəfindən təşkil olunan tədbirdə 40-a yaxın qadın işəgötürən və onların nümayəndəsi iştirak edib.

 

Maarifləndirmə tədbirində qadınların əmək bazarında rəsmi məşğulluğa cəlb olunmasının əhəmiyyəti, əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi və qeyri-formal məşğulluğun yaratdığı hüquqi və sosial risklər barədə məlumat verilib.

 

Bildirilib ki, əmək müqaviləsi olmadan işə cəlb olunma işçilərin əmək, sosial təminat və gələcək pensiya hüquqlarının qorunmasına mənfi təsir göstərir. Bu baxımdan işçilərlə əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

Tədbir zamanı qadınların qeyri-formal məşğulluğunun qarşısının alınması istiqamətində işəgötürənlərin üzərinə düşən vəzifələr diqqətə çatdırılıb.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

 Qeyd edək ki, tədbir Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planına əsasən təşkil olunub.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti