Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Uşaqların əmək hüququ” mövzusunda təlimlər davam edir.
Bu dəfə təlimlər Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında yerləşən 5 internat məktəbində keçirilib. Şagirdlərə əmək qanunvericiliyinin tələbləri, 15-18 yaş arası şəxslər üçün əmək müqaviləsinin bağlanılması qaydaları, iş şəraitinin şərtləri, onlar üçün nəzərdə tutulan təminat və güzəştlər barədə təlim təşkil olunub.
Təlim təqdimatlar vasitəsilə interaktiv formada keçirilib.
Sonda onları maraqlandıran suallar cavablandırılıb, mövzu barədə müzakirə aparılıb və maarifləndirici bukletlər təqdim edilib.