✕
| "142" Çağrı mərkəzi
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
27.11.26

“Milli Biznesin İnkişafı Forumu”nun xüsusi sessiyasında sahibkarlara “DOST Müfəttiş” layihəsi təqdim olunub

×

“Caspian Energy Club”ın və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə keçirilən “Milli Biznesin İnkişafı Forumu”nun xüsusi sessiyasında “DOST Müfəttiş” layihəsi, onun məqsədləri və işəgötürənlər üçün yaratdığı imkanlar barədə məlumat verilib.

Onlayn formatda keçirilən sessiyada Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov, “Caspian Energy Club”ın sədri və Qrupun baş icraçı direktoru Telman Əliyev, eləcə də Kluba üzv şirkətlərin nümayəndələri iştirak ediblər.

Sessiyanın açılışında çıxış edən Telman Əliyev forumun əhəmiyyətindən danışıb, sahibkarlar və dövlət qurumları arasında əməkdaşlığın, eləcə də biznes mühitinin inkişafına yönəlmiş təşəbbüslərin vacibliyini vurğulayıb. O, “DOST Müfəttiş” layihəsinin işəgötürənlər üçün faydalı dəstək mexanizmi olduğunu qeyd edib.

Nərmin Mirzəyeva çıxışında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sahibkarlarla münasibətlərdə maarifləndirici və preventiv yanaşmaya üstünlük verdiyini vurğulayıb. Qeyd edib ki, “DOST Müfəttiş” layihəsi işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərmək, mövcud çatışmazlıqları vaxtında müəyyənləşdirmək və aradan qaldırmaq üçün dəstək verir. Layihə, eyni zamanda, müəssisələrdə özünüqiymətləndirmə mədəniyyətinin formalaşmasına və əmək münasibətlərinin rəsmiləşdirilməsinə xidmət edir.

Daha sonra Milli Observatoriyanın nümayəndəsi Şaiq Kazımov layihənin məqsədləri və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə həyata keçirdiyi layihə müəssisələrdə əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları sahəsində mövcud vəziyyətin diaqnostik qiymətləndirilməsini nəzərdə tutur.

Qeyd olunub ki, “DOST Müfəttiş” yoxlama və ya cəza mexanizmi deyil, müəssisələrin əmək qanunvericiliyinin tələblərinə uyğun və təhlükəsiz fəaliyyətinin təşviqinə yönəlmiş preventiv dəstək proqramıdır. Qiymətləndirmə əmək qanunvericiliyi, “Əmək və məşğulluq” altsistemi (ƏMAS), əməyin mühafizəsi və insan resursları olmaqla dörd əsas istiqaməti əhatə edir.

Təqdimat zamanı layihənin hazırlanmasında ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və Sinqapurun müvafiq sahədəki təcrübəsinin öyrənildiyi, layihə modelində rəqəmsal diaqnostika ilə insan resursları üzrə canlı auditin birləşdirildiyi diqqətə çatdırılıb.

İştirakçılara layihəyə qoşulan müəssisələr üçün nəzərdə tutulan dəstək imkanları da təqdim edilib. Bildirilib ki, qiymətləndirmə zamanı müəyyən edilən çatışmazlıqların aradan qaldırılması üçün müəssisələrə müvafiq tövsiyələr verilir, insan resurslarının idarə edilməsi, sənədləşmə və əməyin mühafizəsi sahələrində ödənişsiz audit və konsultasiya xidmətləri göstərilir. Həmçinin ƏMAS-dan istifadə, əmək müqavilələrinin və kadr sənədlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üzrə praktiki dəstək verilir, məsul şəxslər üçün təlimlər təşkil olunur.

Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb, layihənin tətbiqi və işəgötürənlər üçün yaratdığı imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: "142" Çağrı mərkəzi - Çağrı mərkəzi

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti