28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional şöbəsinin, xəstəxananın əməkdaşları, eləcə də 80 nəfərə yaxın işçi heyəti iştirak edib.
Tədbir çərçivəsində iştirakçılara əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər, əmək normaları və əməyin ödənilməsi qaydaları, iş yerlərində əməyin mühafizəsi, o cümlədən qanunvericiliyin tələbləri, əməyin mühafizəsi normaları və prinsipləri, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları və dövlət standartları barədə məlumat verilib.
Həmçinin iş yerlərində sağlam psixososial mühitin təmin edilməsi mövzusunda təqdimatlar edilib.
Görüşdə müvafiq mövzulara dair fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.