✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
26.05.26

Mingəçevirdə əmək hüquqları və əməyin mühafizəsi mövzusunda növbəti maarifləndirmə tədbirləri təşkil edilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mingəçevir şəhərində növbəti silsilə maarifləndirmə tədbirləri keçirilib.

 

Xidmətin Mərkəzi Aran regional şöbəsi və Əməyin Mühafizəsi Mərkəzi tərəfindən təşkil olunan tədbirlərə şəhərdə fəaliyyət göstərən 6 müəssisə üzrə ümumilikdə 229 nəfər işçi cəlb edilib. Görüşlər “Mingəçevir Regional Elektrik Şəbəkəsi” MMC, “Mingəçevir Su Elektrik Stansiyası” MMC, Mingəçevir Rayon Gigiyena və Epidemiologiya Mərkəzi, “AMAAX” MMC və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş tutub.

 

Tədbirlər zamanı iştirakçılara Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, əmək müqavilələrinin qanunvericiliyin tələblərinə uyğun bağlanılması, məzuniyyət hüququnun təmin edilməsi, habelə əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib.

 

Bununla yanaşı, uşaqların əmək hüquqları, məcburi əmək və insan alverinin qarşısının alınması, iş yerlərində əməyin mühafizəsi, əməyin təhlükəsizliyi və gigiyenası, iş yerlərinin attestasiyası, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti və əməyin mühafizəsi üzrə standartlar barədə də iştirakçılar maarifləndirilib.

 

Eyni zamanda 18 may – 18 iyun tarixlərini əhatə edən “İnsan Hüquqları Aylığı” çərçivəsində əmək hüquqları ilə bağlı maarifləndirmə işlərinin əhəmiyyəti qeyd olunub.

 

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti