✕
(012) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
17.10.25

Mingəçevirdə gender bərabərliyi və əmək münasibətləri mövzusunda təlim təşkil olunub

×

Mingəçevir şəhərində işəgötürənlər üçün “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin, Xidmətin tabeliyində olan Əməyin Mühafizəsi Mərkəzinin nümayəndələri, ictimai birliklərin təmsilçiləri, eləcə də Mərkəzi Aran Regional Şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 73 nəfər iştirak edib.

Görüşdə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyi, beynəlxalq təhlillərin nəticələri, əmək qanunvericiliyində son illərdə həyata keçirilən islahatlar, həmçinin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda, Əmək Məcəlləsi və əmək qanunvericiliyinə dair digər normativ-hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, eləcə də əməyin mühafizəsi sahəsində qəbul edilmiş yeni standartlar iştirakçılara izah olunub.

Tədbirdə, həmçinin, Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı barədə məlumat təqdim edilib.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (012) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti