Naxçıvanda ümumi təhsil müəssisələrində əməyin mühafizəsi üzrə maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti tədbir Naxçıvan Qızlar Liseyində təşkil olunub. “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi” mövzusunda keçirilən tədbirdə 40-dan çox şagird və məktəbin pedaqoji kollektivi iştirak edib.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə iştirakçılara əməyin mühafizəsi üzrə ilkin anlayışlar, elektrik və yanğın təhlükəsizliyi qaydaları, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi barədə məlumat verilib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.