Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzində növbəti təlim keçirilib.
Təlim “Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi” mövzusuna həsr olunub.
Təlimdə “Dayə” kursu üzrə 1 müəllim və 25 müdavim olmaqla ümumilikdə 26 nəfər iştirak edib.
İştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, iş prosesində yarana biləcək təhlükələrin qarşısının alınması, eləcə də bədbəxt hadisələr zamanı ilkin yardımın düzgün və operativ şəkildə göstərilməsi barədə məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.