Əməyin mühafizəsi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində növbəti təlim Naxçıvan Regional Peşə Mərkəzində təşkil olunub.
Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı tərəfindən keçirilən təlimdə “Qənnadçı və Şirniyyatçı” kursları üzrə 28 müdavim və 1 müəllim olmaqla ümumilikdə 29 nəfər iştirak edib.
"Əməyin mühafizəsi haqqında ümumi anlayışlar, elektrik və yanğın təhlükəsizliyi, bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi" mövzusunda keçirilən təlimdə iştirakçılara əməyin mühafizəsinin əsas prinsipləri, elektrik və yanğın təhlükəsizliyi qaydaları, həmçinin bədbəxt hadisələr zamanı ilkin yardımın göstərilməsi ilə bağlı ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.