Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində dərzilik kursu keçən müdavimlər üçün iş yerlərində əməyin mühafizəsi mövzusunda maarifləndirici təlim təşkil olunub.
Təlim Naxçıvan Regional Peşə Hazırlıq Mərkəzində “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və iş yerlərinin attestasiyası” mövzusunada keçiriən görüşdə 21 nəfər iştirak edib.
Təlimçilər təqdimatlarla çıxış edərək əməyin mühafizəsi tələbləri, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat veriblər.
Bundan əlavə, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri də iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda suallar cavablandırılıb və iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.