Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının birgə təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar "Əlilliyi olan şəxslərin əmək hüquqları və iş sahəsində əməyin mühafizəsi şəraitinin təmin edilməsi" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə 22 dövlət və qeyri-dövlət sektorunu təmsil edən 30-a yaxın nümayəndə iştirak edib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları tərəfindən müəssisə və təşkilatlarda əlilliyi olan şəxslərin əmək hüquqlarının qorunması, eləcə də işəgötürənlərin bu istiqamətdəki öhdəlikləri və əmək qanunvericiliyinin müvafiq tələbləri barədə iştirakçılara ətraflı məlumat verilib. Bununla yanaşı iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik normalarına riayət edilməsinə dair məsələlər iştirakçıların diqqətinə çatdırılıb.
Daha sonra Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialının əməkdaşı müəssisələrdə əməyin mühafizəsi üzrə standart və qaydaların tətbiqi, yeni qəbul edilmiş standartların tətbiq sahələri, mərkəzin fəaliyyət istiqamətləri və iş yerlərinin attestasiyasının keçirilməsi prosedurları barədə ətraflı məlumat təqdim edib.
Sonda iştirakçıların əmək qanunvericiliyinin tələblərinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.