✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
27.08.26

Naxçıvanda ƏMAS-ın imkanları və qeyri-formal məşğulluğun qarşısının alınması mövzuları müzakirə olunub

×

Naxçıvanda “ƏMAS-ın imkanları və yeniliklər” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və özəl sektoru təmsil edən 42 qurumdan ümumilikdə 46 nümayəndə iştirak edib.

Tədbirdə Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşları tərəfindən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) imkanları, funksional bölmələri və sistemdə tətbiq olunan son yeniliklər barədə iştirakçılara ətraflı məlumat verilib.

Həmçinin vakant və yeni yaradılmış iş yerləri barədə məlumatların vakansiya bankına daxil edilməsi zamanı nəzərə alınmalı məsələlər diqqətə çatdırılıb, vakansiya bankının işəgötürənlər üçün yaratdığı imkan və üstünlüklər barədə məlumat verilib.

Eyni zamanda, qeyri-formal məşğulluğun yaratdığı risklər və bu sahədə mövcud problemlər müzakirə olunub, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.

Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti